Dünya

Pakistanda fövqəladə vəziyyət ELAN EDİLDİ - FOTO

12 Noyabr 2023 13:13
Baxış: 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"IQAir" portalının məlumatına görə, bu həftə havanın keyfiyyət indeksi (AQI) 400-dən çox artdıqdan sonra Pakistanın 13 milyondan çox əhalisi olan ikinci ən sıx şəhəri Lahorda məktəblər, ictimai parklar, ticarət mərkəzləri və ofislər bağlanıb. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd olunub ki, İsveçrənin hava keyfiyyətinin monitorinqi şirkəti bu rəqəmi təhlükəli hesab edir.

Pakistanın Pəncab əyalətinin səlahiyyətliləri vəziyyət yaxşılaşana qədər Lahordan əlavə Qucranvala və Hafizabad şəhərlərində ekoloji və sağlamlıqla bağlı fövqəladə vəziyyət elan ediblər.

Məlumata görə, üç şəhərdə ümumilikdə 15 milyondan çox insan yaşayır.

"İnsanların bu ərazilərə ictimai və şəxsi nəqliyyat vasitələri ilə gediş-gəlişi məhdudlaşdırılacaq", - deyə Pəncab əyalətinin baş naziri Möhsin Naqvi bildirib.

Eyni zamanda, dörd nəfərdən çox insanın bir yerdə toplaşmasına da məhdudiyyət qoyub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.