Dünya

Ukraynada ölən azərbaycanlıların sayı açıqlandı

10 Noyabr 2023 19:49
Baxış: 867
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada genişmiqyaslı müharibə başladığı gündən indiyədək ölən, yaralanan və itkin düşən azərbaycanlıların sayı açıqlanıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu müddət ərzində 130 azərbaycanlı həlak olub, 100-ə yaxını yaralanıb, 70-a yaxını isə itkin düşüb.

İtkin düşənlərin əksəriyyəti Donetsk vilayətində, xüsusilə Mariupolda yaşayan həmyerlilərimiz arasındadır.

Qeyd edək ki, bu rəqəmlər büromuzun şəxsi araşdırmasının nəticələridir, rəsmi statistika deyil. Bu baxımdan rəqəmlər daha çox da ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.