Dünya

Ukrayna xalqı pessimizmə yuvarlanır: inam yoxdur

6 Noyabr 2023 12:08
Baxış: 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müharibənin uzanması və böyük ümidlər bəslənilən əks-hücumun aşkar uğursuzluğu ilə əlaqədar ukraynalılar arasında pessimizm artır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Nyu York Tayms" qəzeti məlumat yayıb.

"Ukrayna ordusunun cəbhə xətti boyunca səngərlərdə ilişib qalması, müttəfiqlərin silahlarının çox gec gəlməsi və indi də yardımların azalmağa başlayacağı fikirləri ukraynalıları pessimistliyə sürükləyir", - məlumatda deyilir.

Qeyd olunur ki, çoxsaylı sorğular ukraynalıların hökumət institutlarına da getdikcə inamlarını itirdiyini göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.