Dünya

HƏMAS-a qarşı əməliyyat İsrailə neçəyə başa gələcək?

5 Noyabr 2023 15:41
Baxış: 954
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatları 2024-cü ilin sonuna qədər tamamlanarsa, ölkəyə ən optimist hesablamalara görə, 200 milyard şekelə (təxminən 51 milyard ABŞ dollarına - Qeyd) başa gələcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İsrailin "Calcalist" iqtisadi qəzeti ölkənin Maliyyə Nazirliyinin ilkin məlumatlarına istinadən xəbər yayıb.

Qeyd olunub ki, bu xərclər İsrailin ÜDM-nin illik 10%-ni təşkil edəcək.

Nəşr vurğulayıb ki, Maliyyə Nazirliyi bu qiymətləndirməni nikbin kimi xarakterizə edir.

Xatırladır ki, İsraildə pandemiya ilə bağlı hökumət xərcləri təxminən 160 milyard şekel təşkil etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.