Dünya

Çində meymun üç yaşlı qızı qaçırıb

1 Noyabr 2023 08:21
Baxış: 1 057
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çində meymun üç yaşlı qızı qaçırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Asia One" portalı məlumat yayıb.

Hadisə oktyabrın 21-də Quizhou əyalətində baş verib. Valideynlərinin ağacın altında tək qoyduğu qızı meymun qaçırıb. Daha sonra polis yaxınlıqdakı meşədə axtarışlara başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qızı uçurumun yaxınlığında tapıb.

"Asia One"ın məlumatına görə, qızın bədənində meymunun barmaq izlərinə bənzəyən bir neçə cızıq olub.

Polis bildirib ki, hadisə ilə əlaqədar olaraq, sakinlərin təhlükəsizliyini təmin etmək üçün ərazidə patrul xidməti aparılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.