Dünya

İsraildən Şimali Qafqazla bağlı xəbərdarlıq...

31 Oktyabr 2023 07:11
Baxış: 1 073
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İsrail hökuməti Şimali Qafqazda israillilər üçün təhlükə səviyyəsini maksimuma - dördüncü səviyyəyə qaldırıb, bu bölgəyə səyahətdən çəkinməyi və vətəndaşlara oranı tərk etməyi tövsiyə edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İsrail Milli Təhlükəsizlik Şurasının və Xarici İşlər Nazirliyinin birgə bəyanatında deyilir.

Xəbərdarlıqda Adıgey, Çeçenistan, Dağıstan (paytaxt Mahaçqala), İnquşetiya, Kabardin-Balkar, Kalmıkiya, Qaraçay-Çərkəz, Şimali Osetiya - Alaniya respublikaları, həmçinin Krasnodar, Stavropol diyarları və Mineralnıye Vodı şəhərinin adı keçir.

Qeyd edək ki, Mahaçqala hava limanına yerli sakinlərdən ibarət böyük izdiham hücum edərək, yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb edib. Qarşıdurmalarda polislər xəsarət alıb, həbs olunanlar var. Mahaçqala hava limanı fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Artıq hadisələrlə bağlı 83 nəfər saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.