Dünya

ABŞ prezidentliyinə namizədlərdən biri SIRADAN ÇIXDI

28 Oktyabr 2023 23:44
Baxış: 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens seçki yarışında iştirakını dayandırdığını elan edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki,bu barədə o, Respublikaçılar Konfransında çıxış edərəkən məlumat verib.

"Mən bu gündən prezidentliyə namizədliyimi dayandırmaq qərarına gəldim", - Pens deyib.

Qeyd edək ki, ABŞ-da sayca 60-cı olacaq prezident və paralel olaraq ABŞ Senatı və Konqresinə seçkilər 2024-cü il noyabrın 5-də keçiriləcək. Birləşmiş Ştatların Konstitusiyasına əsasən, 35 yaşdan yuxarı, ABŞ-da anadan olmuş və ən azı 14 il bu ölkədə yaşamış vətəndaş prezidentliyə namizədliyini irəli sürə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.