Dünya

İranın Bakıdakı səfiri İrəvana mesaj verdi

23 Oktyabr 2023 12:20
Baxış: 1 093
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

3+3 təşəbbüsü çərçivəsində xarici işlər nazirlərinin Tehran görüşü İranın qonşuluq siyasətinin davamı və tamamlanmasıdır. Regionçuluq və çarpaz məqsədli regional mexanizmlər yeni dünya düzəninin xarakterik əlamətləridir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Abbas Musəvi X sosial şəbəkəsində qeyd edib.

"Regiondankənar qüvvələrin Qafqazda olması və müdaxiləsi qadağandır", - o bildirib.

Qeyd edək ki, hazırda Ermənistan müdafiə naziri Fransadadır. Onun Fransa müdafiə naziri ilə hərbi əməkdaşlığın genişləndirilməsi və silah satışı ilə bağlı saziş imzalayacağı gözlənilir.

Həmçinin Ermənistan ötən ay ABŞ ilə birgə 9 günlük hərbi təlimlər keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.