Dünya

İran “Karrar”ı “hava-hava” raketi ilə təchiz etdi

22 Oktyabr 2023 22:18
Baxış: 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranlı mütəxəssislər yerli istehsal olan "yer-hava" raketini "Karrar" reaktiv pilotsuz təyyarəsi üçün uyğunlaşdırıblar.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İran ordusunun Hava Hücumundan Müdafiə qüvvələrinin komandanı, briqada generalı Əlirza Səbahifərd deyib.

General bildirib ki, qoşunlar pilotsuz uçuş aparatını 8 kilometr mənzilli termo "hava-hava" raketi ilə təchiz edə bilib.

Onun sözlərinə görə, il yarımlıq araşdırma və sınaqdan sonra hava hücumundan müdafiə mütəxəssisləri "yer-hava" tipli raketdə bir sıra texniki dəyişikliklər ediblər. Belə ki, "Məcid" raketi havadan atılan raketə çevrilib.

Qeyd edək ki, "Karrar" 47 min fut hündürlüyə çataraq, rekord vuran ilk İran hərbi pilotsuz təyyarəsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.