Dünya

Qəzzanın generalı ailəsiylə birlikdə öldürüldü

19 Oktyabr 2023 23:39
Baxış: 1 155
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

HƏMAS hərəkatının inzibati nəzarəti altında olan Qəzza zolağında milli təhlükəsizlik qüvvələrinin komandiri general Cihad Əbd Müheysin İsrailin Əş-Şeyx Radvan məhəlləsini bombalaması zamanı ölüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "General Müheysin və onun bir neçə ailə üzvü həmin vaxt Qəzza təhlükəsizlik qüvvələrinin rəhbərinin yerləşdiyi evə İsrail mərmisinin birbaşa zərbəsi nəticəsində həlak olub".

Generalın ölümü ilə əlaqədar HƏMAS bəyanat yayıb və qeyd edib ki, liderlərin qəsdən öldürülməsi təhlükəsizlik qüvvələrinin peşəkarcasına fəaliyyətlərini davam etdirməsinə və hərəkatın [İsrailin] təcavüzünə müqavimət göstərməsinə mane olmayacaq.

Həmçinin qeyd olunur ki, bir müddət əvvəl İsrailin Fələstin sektorunun cənub hissəsində yerləşən Nuseyrat şəhərinin rayonlarından birinə hücumu nəticəsində Qəzza keçid məntəqələrinin rəisi general Fuad Əbu İbtihan öldürülüb. Bombardman zamanı onun bir neçə ailə üzvü də həlak olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.