Dünya

Bu yol xəritəsini müəyyən edən plan tamamlandı

17 Oktyabr 2023 21:47
Baxış: 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin qarşıdakı 5 il üçün yol xəritəsini müəyyən edən 12-ci İnkişaf Planını tamamladıq.

Milli.Az "TurkicWorld-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan X hesabında bildirib.

"Sağlam düşüncə ilə, qeyri-hökumət təşkilatları, peşəkar təşkilatlar və iş dünyasının töhfələri ilə hazırladığımız 12-ci İnkişaf Planını bu gün TBMM-in ixtiyarına verəcəyik. 5 illik inkişaf planı 5 əsas oxdan ibarətdir - ixtisaslı insanlar, güclü ailə, sağlam cəmiyyət, sabit inkişaf və güclü iqtisadiyyat, yaşıl və rəqəmsal transformasiya ilə rəqabətədavamlı istehsal, fəlakətlərə davamlı yaşayış sahələri, davamlı mühit, ədalətə əsaslanan demokratik idarəetmə", - Ərdoğan paylaşımda qeyd edib.

Qeyd edək ki, 2024-2028-ci illəri əhatə edəcək 12-ci İnkişaf Planının hazırlıqları çərçivəsində 54 xüsusi ekspertiza komissiyası və 26 işçi qrupu yaradılıb, müxtəlif başlıqlar altında araşdırmalar aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.