Dünya

Putin Çinə getdi

17 Oktyabr 2023 08:42
Baxış: 952
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin Çin Sədri Si Cinpinin dəvəti ilə Çinə səfər edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.

İki günlük səfər zamanı Rusiya Prezidentinin qrafiki çox gərgindir.

Putin səfərinin ilk gününü əsasən "Bir kəmər, bir yol" Üçüncü Beynəlxalq Forumunda iştirak edən həmkarları ilə ikitərəfli görüşlərə keçirəcək

Forumun əsas tədbirləri oktyabrın 18-də Tiananmen meydanındakı Böyük Xalq Zalında baş tutacaq.

Həmçinin çərşənbə günü Rusiya-Çin danışıqları baş tutacaq, bundan sonra Putin forum çərçivəsində bir sıra ikitərəfli görüşləri davam etdirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.