Dünya

Bayden Əmmanda Fələstin, Misir və İordaniya liderləri ilə görüşəcək

17 Oktyabr 2023 07:12
Baxış: 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Co Bayden İsrailə səfərindən sonra İordaniyanın paytaxtı Əmmana gedəcək və burada Fələstin, Misir və İordaniya liderləri ilə görüşəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jean-Pierre məlumat verib.

Onun yaydığı yazılı bəyanatda bildirilib ki, Bayden Fələstinin radikal HAMAS hərəkatının son hücumlarından sonra İsrailə sarsılmaz dəstək nümayiş etdirmək və növbəti addımlar barədə məsləhətləşmələr aparmaq üçün oktyabrın 18-də İsrailə səfər edəcək.

"Prezident Bayden daha sonra İordaniyanın paytaxtı Əmmana gedəcək və burada Kral II Abdullah, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbasla görüşəcək", - sənəddə deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.