Dünya

ABŞ Türkiyə PUA-sını vurdu: Ərdoğan sərt qərar verəcək

16 Oktyabr 2023 19:31
Baxış: 1 140
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Oktyabrın əvvəlində ABŞ hərbçilərinin Suriyada Türkiyə PUA-sını vurması ilə bağlı insidentdən sonra Ankara İsveçin NATO-ya üzvlük ərizəsinin ratifikasiyası məsələsindəki mövqeyinə yenidən baxa bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Hürriyət" qəzetinin yazarı Abduqadir Selvi yazıb.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son günlər ABŞ-ı bu hadisəyə görə kifayət qədər kəskin tənqid edir:

"Nəticə etibarı ilə bu, İsveçin NATO-ya daxil olmaq ərizəsinə Türkiyə parlamentində baxılması proseduruna mənfi təsir göstərə bilər. Əvvəllər hər şey parlamentin oktyabrda İsveçin müraciətini təsdiqləməsinin lehinə idi, lakin ABŞ Suriyada PUA-mızı vurduqdan sonra Ərdoğan yeni qərar verə bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.