Dünya

ABŞ bu hüququ İSRAİLƏ VERDİ: Ordu istənilən vaxt...

15 Oktyabr 2023 22:48
Baxış: 1 586
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Birləşmiş Ştatlar Qəzza zolağına müdaxilə üçün quru əməliyyatının başlama tarixini və miqyasını İsrail Müdafiə Qüvvələrinin (IDF) müəyyən etmək hüququnu özündə saxlayır".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

"IDF vaxtı təyin edəcək və bu əməliyyatın həcmini və xarakterini müəyyənləşdirəcək", - Sallivan qeyd edib.

O, əməliyyatın məqsədi ilə bağlı suala cavab olaraq deyib:

"Əməliyyat məqsədi İsrailin və yəhudi xalqının təhlükəsizliyini təmin etməkdir".

Bundan əvvəl İsrailin Qəzzada quru əməliyyatlarınə təxirə salındığı bildirilirdi. "The New York Times"ın məlumatına görə, əməliyyat oktyabrın 14-15-də başlamalı idi, lakin hava şəraiti ilə əlaqədar bir neçə gün təxirə salınması qərara alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.