Dünya

Lotereya tarixində ikinci ən böyük cekpot uduldu

16 Oktyabr 2023 02:03
Baxış: 1 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ sakini "Powerball" lotereyasında 1,76 milyard dollar udub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, qalib nömrələr 22, 24, 40, 52, 64 olub. Qalibin adı hələlik məlum deyil.

Uduşlu bilet Los-Ancelesdən 75 mil məsafədə yerləşən Frazyer Parkdakı (Kaliforniya) mağazadan alınıb.

Ehtimallara görə, yeni milyarder lotereyaya görə hər gün mağazaya gələn yerli sakin olub.

Cekpotun qalibi 29 il ərzində 30 ödəniş üzrə 1,76 milyard dollar ala bilər və ya 774,1 milyon dollarlıq birdəfəlik ödənişi seçə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.