Dünya

Bayden etirazlara qatılacaq

26 Sentyabr 2023 10:41
Baxış: 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Cozef Bayden çərşənbə axşamının iş qrafikinə əsasən, Miçiqan ştatına gedərək, yerli vaxtla günorta (Bakı vaxtı ilə saat 20:00) avtomobil sənayesi işçilərinin tətilinə qoşulmağı planlaşdırır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat verilib.

Qeyd edilir ki, dövlət başçısı "özlərinin yaratdıqları səmərələrin ədalətli payı uğrunda mübarizə aparan" fəhlələrin piketinə qoşularaq kişi və qadınları dəstəkləmək niyyətindədir.

Tədbir iki saatdan az davam edəcək, bundan sonra dövlət başçısının təyyarə ilə Kaliforniya ştatının San-Fransisko şəhərinə uçması planlaşdırılır.

Baydenin əsas siyasi rəqibi, eyni zamanda 2024-cü ildə prezidentliyə namizəd olacaq respublikaçı Donald Trampın çıxışından bir gün əvvəl Miçiqana səfər edəcəyi gözlənilir.

Tramp da öz növbəsində hakimiyyətə gələcəyi təqdirdə enerji qiymətlərini kökündən aşağı salacağına söz verib. Bundan əlavə, o, beynəlxalq ticarətdə bir çox xarici mallara tariflərin qoyulmasının tərəfdarıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.