Dünya

Avropa İttifaqı daxilində siyasi böhran yaranıb - VİDEO

25 Sentyabr 2023 14:42
Baxış: 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı daxilində dərin mədəni və siyasi fikir ayrılıqları mövcuddur.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin səsləndirdiyi bu fikir əslində çox mətləblərə aydınlıq gətirir.

Mövzu ilə bağlı danışan siyasi şərhçi İlyas Hüseynov deyir ki, hazırda dünyada gedən qlobal transformasiyalar fonunda Avropa İttifaqı bir tərəfdən siyasi böhran yaşayır, digər tərəfdən isə qurumun funksionerlərinin vahid fikirdə olmaması və bəzən ziddiyətli açıqlamalar verməsi böhranı daha da dərinləşdirir.

Siyasi şərhçinin sözlərinə görə, Avropa İttifaqının  Cənubi Qafqaza dair münasibətdə də fikir ayrı-seçkiliyi mövcuddur.

Həmçinin Cozef Borrelin fikirləri ilə Avropa İttifaqı  Şurasının Prezidenti Şarl Mişel arasında da bir sıra məsələlərdə uyğunsuzluq hökm sürür. O bildirib ki,  Şarl Mişel Azərbaycanın maraqlarına uyğun gələn regional sabitlik və nizamlanma istiqamətində mesajlar verir, Borelin isə əks mövqeyi gözə çarpır.

Siyasi şərhçi onu da əlavə edib ki BMT Təhlükəsizli Şurasında keçirilən müzakirələr zamanı da Avropa İttifaqının Azərbaycana qarşı münasibətdə qeyri-adekvat və qeyri-demokratik davrandığı aydın göründü. İttifaqın ədalətsiz mövqeyi onun qərəzli siyasi məqsədlərini bir daha təsdiq etdi.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.