Dünya

Ermənipərəst senator Menendez istefa verdi

23 Sentyabr 2023 16:56
Baxış: 883
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın ermənipərəst senatoru Bob Menendez Senatının Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən müvəqqəti olaraq istefa verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, onun istefasına səbəb korrupsiya ittihamı ilə başlayan istintaqdır.

Qeyd edək ki, ABŞ Prokurorluğunun məlumatına əsasən, Menendez ABŞ-dan hərbi yardım üçün Misir hökumətinə lobbiçilik edib və həssas məlumatları ötürüb. Senatorun evinə baxış zamanı külli miqdarda nağd pul, dəbdəbəli avtomobillər və qızıl külçələr aşkar edilib.

Senator sentyabrın 27-də Nyu Yorkda məhkəmə qarşısına çıxacaq.

Xatırladaq ki, Menendezin erməni diasporundan aldığı külli miqdarda rüşvətə görə Azərbaycana qarşı kəskin mövqe tutduğu da bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.