Dünya

Məşhur avtomobil şirkətinin rəhbəri qarət olundu

21 Sentyabr 2023 14:38
Baxış: 925
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın paytaxtı Moskvada KIA şirkətinin Rusiya və MDB ölkələri üzrə prezidenti, koreyalı Sanq Qvon Conq qarət edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, cinayətkar yanğın pilləkənləri ilə şirkətin mərkəzi ofisinə daxil olub.

Oğru "Light House" biznes mərkəzinə girərək birbaşa Cənubi Koreya şirkətinin Rusiya bölməsi rəhbərinin 9-cu mərtəbədəki ofisinə doğru gedib. O, yanğın pilləkənlərinin qapısını açıb və şirkət rəhbərinin şkafında əlinə keçən bütün pulları götürüb. Lakin tapdığı pullar elə də çox olmayıb - cəmi 500 dollar.

Qeyd edək ki, 52 yaşlı Sanq Qvon Conq KIA korporasiyasının vitse-prezidenti və Avropa qrupunun rəhbəridir. O, KIA şirkətinin Rusiya və MBD üzrə prezidenti vəzifəsinə təyin edilib və avtomobil brendinin regional baş qərargahının Moskva ofisində vəzifəsinə başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.