Dünya

Daha bir güneyli fəal saxlanıldı

20 Sentyabr 2023 18:40
Baxış: 539
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən axşam İranın təhlükəsizlik qüvvələri Zəncan şəhərində yaşayan milli və vətəndaş cəmiyyəti fəalı Fərhad Hüseynini həbs edərək naməlum yerə aparıblar. Bununla bağlı onun yaxınları məlumat veriblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalında xəbər verilib.

Milli fəala məxsus sosial media hesabları bağlanıb, onun nədə ittiham olunduğu haqqında məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, sentyabr ayında Güney Azərbaycanın müxtəlif bölgələrində çox sayda fəal həbs edilib. Aidiyyəti hökumət orqanları onların həbs səbəbləri və ittihamları barədə açıqlama vermir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.