Dünya

İrəvan qoşunları buna görə sərhədə toplayır – Rəsmi

11 Sentyabr 2023 21:37
Baxış: 5 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Regionumuz elədir ki, eskalasiya riski var, lakin biz dövlət olaraq bunun genişmiqyaslı hərbi əməliyyatlara səbəb olmaması üçün addımlar atmalıyıq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan deyib.

Sərkisyan bildirib ki, Ermənistan Müdafiə Nazirliyi regionda sabitliyi pozmamaq, ümumi vəziyyətə hər hansı mənfi təsir göstərməmək üçün addımlar atır:

"Qoşunların toplanması ilə bağlı məlumat Müdafiə Nazirliyi tərəfindən də verilib. Lazımsız gərginliyin qarşısını almaq üçün rəsmi məlumatlara riayət etmək məsləhətdir, biz hər şeyi dərc edirik".

Erməni nazir müavini Azərbaycanın sərhədə artilleriya vasitələri topladığını da iddia edib.

Qeyd edək ki, Ermənistan qoşunları sərhədimizə yaxın ərazilərə yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.