Dünya

Avropada yeraltı qaz anbarlarının 93 faizdən çoxu doldurulub

10 Sentyabr 2023 15:05
Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqında (Aİ) yeraltı qaz anbarlarının doluluq səviyyəsi 93,5 faizə yaxınlaşıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu il sentyabrın 7-si tarixinə Avropada qaz anbarlarının doluluq səviyyəsi sutkada 0,05 faiz artaraq 93,47 faiz təşkil edib.

Qeyd olunan tarixə anbarlarda olan qazın həcmi 103,4 milyard kubmetrə çatıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən əvvəl Aİ ölkələri təbii qazın 40 faizini Rusiyadan idxal edirdi. Müharibə nəticəsində Rusiyanın Aİ-yə təbii qaz nəqli kəskin şəkildə azaldı. Müharibənin başlaması ilə Aİ ölkələri yeraltı təbii qaz anbarlarının qış aylarına qədər doldurulmasını məcburi edəcək qanuni tənzimləmələr hazırladı. Bu çərçivədə noyabrın 1-dək qaz anbarlarının 90 faizinin doldurulması nəzərdə tutulurdu. Beləliklə, Aİ hədəfinə təxminən 2 ay əvvəl çatdı.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.