Dünya

"Məktəblərdə dərslərin rus dilində keçirilməsi qanuna ziddir"

7 Sentyabr 2023 08:58
Baxış: 1 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna məktəblərində rus dilində dərslərin keçirilməsi qanuna ziddir, belə hallara qarşı loyallıq göstərmək olmaz.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın təhsil naziri Oksen Lisovıy "Dim" telekanalının efirində ölkədə hələ də məktəblərdə rus dilində tədrisin aparılmasına münasibət bildirərkən deyib.

"Təhsil Şöbəsinə, şəhər və ya rayon təhsil departamentlərinə şikayət edin, dil ombudsmanına müraciət edin", - o qeyd edib.

Nazir vurğulayıb ki, belə hallara qarşı loyallıq göstərmək olmaz.

Nazirin sözlərinə görə, Ukraynanın "rus dünyası ilə yolları ayrıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.