"Biz rəsmi olaraq iqlim miqrasiyası dövrünə qədəm qoymuşuq".
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Emi Pope deyib.
O, iqlim dəyişikliyi və insan hərəkətliliyi problemlərinin həlli üçün konkret addımlar atmağa çağırıb:
"Afrika ölkələri iqlim dəyişikliyinin təsirlərinə ən həssas olan ölkələr sırasındadır. Quraqlıq, daşqınlar, həddindən artıq temperatur və dəniz səviyyəsinin qalxması kimi dəhşətli iqlim böhranının təsirlərini yaşayırlar. 2022-ci ildə Afrikada 7,5 milyondan çox insan təbii fəlakətlər səbəbindən yerini dəyişdiyi qeydə alınıb. Əgər tədbir görülməsə, ilin sonuna qədər Afrikada 105 milyon insan iqlim miqrantına çevrilə bilər".
Milli.Az