Dünya

İsveçrəyə uçan təyyarəni ildırım vurdu

29 Avqust 2023 17:45
Baxış: 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kopenhagen hava limanında Sürixə uçan təyyarəni ildırım vurub. 

Milli.Az news24.az-a istinadən xəbər verir ki, bu barədə "The Aviation Herald" portalı məlumat yayıb.

Hadisə avqustun 27-də baş verib, ancaq təfərrüatlar indi məlum olub. Bütün sərnişinlər yerlərini aldıqdan sonra Skandinaviya Hava Yollarına məxsus təyyarə uçuş-enmə zolağından qalxmağa başlayıb. Bu zaman onu ildırım vurub. Təyyarə havaya qalxdıqdan 85 dəqiqə sonra hava limanına enib. Hadisə zamanı nə sərnişinlər, nə də ekipaj üzvləri xəsarət almayıb. Enişdən sonra təyyarə 20 saatdan çox yerdə qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.