Dünya

Bu şəhərlə bağlı 7 baldan yuxarı ZƏLZƏLƏ XƏBƏRDARLIĞI - Onu digər bölgələrə 40 illik körpü bağlayır

22 Avqust 2023 10:41
Baxış: 3 465
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Hakkari bölgəsi üçün mütəxəssislər 7 baldan yuxarı zəlzələlərin ola biləcəyini, bögənin isə buna qəti hazır olmadığını irəli sürüblər.

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Mühəndis və Memarlar Palataları İttifaqının (TMMOB) Hakkari əyalət Koordinasiya Şurasının katibi Evin Gezer açıqlama verib.

O, bildirib ki, 7 bal və daha çox təkan verə bilən fay xəttindəki şəhər zəlzələyə hazır deyil, üstəlik xəbərdarlıqlar da nəzərə alınmır.

"Hakkari üçün narahatlıq artır. Hakkari bölgəsində tarix boyu bir çox böyük zəlzələnin baş verdiyi bildirilir. Hakkari Türkiyə Zəlzələ Təhlükə Xəritəsində zəlzələ fay zonalarında yer alan vilayətlər arasındadır. Yüksekova qəsəbəsi və ətrafı Türkiyədə böyük zəlzələlərə səbəb ola biləcək mühüm seysmik boşluqlardan biri hesab edilən Yüksekova-Şəmdinli qırılma zonasında yerləşir. Yüksekova-Şemdinli qırılma zonası, Başkale qırağı, Bitlis-Zaqros dayaq kəməri və Salmas (İran) qırılma zonası yaxınlığında yerləşir".

Məlumata görə, Hakkaridə yaşayış binalarında mərtəbələrin sayı dördü keçməməlidir. Buna baxmayaraq şəhərin mərkəzində lisenziyalı 9 mərtəbəli binalar tikilib.

Bölgədəki ən böyük təhlükə isə onu digər şəhərlərə tək bir köpünün əlaqələndirməsidir:

"Hakkarinin ən böyük riski, şəhərə giriş-çıxış üçün yeganə yolu 40 ildir tikilmiş körpünün təmin etməsidir. O yol təbii fəlakət zamanı insanların qaça biləcəyi yeganə yoldur. Onun funksionallığını tamamilə itirəcəyi isə açıq-aydındır. Yolun birləşmə nöqtəsi olan Depin körpüsü dağılarsa, Hakkaridə yaşayan insanlar taleyin ümidinə buraxılacaqlar. Körpü şəhərin aşağı hissəsində yerləşdiyi üçün təbii fəlakət zamanı ziyarət ediləcək son nöqtə kimi də görülə bilər".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.