Dünya

Zelenski ilə Mitsotakis razılıq əldə etdi

22 Avqust 2023 08:22
Baxış: 674
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Afinada Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuat konfransı keçirib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, konfransda Yunanıstanın ukraynalı pilotların "F-16" təyyarələrinin təlimində iştirak etmələri, həmçinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı G7 bəyannaməsinə qoşulması barədə razılığa gəlinib.

"Yunanıstan artıq Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı G7 bəyannaməsinə qoşulub. Biz təhlükəsizlik təminatlarına ehtiyacı olan digər dövlətlər üçün modelə çevirmək istiqamətində bu işi ikitərəfli səviyyədə davam etdirəcəyik. Dünya bir dövlət kimi daha sabit olacaq... Yunanıstan "F-16" pilotlarımızın təlimində iştirak edəcək. Biz buna görə sizə minnətdarıq", - deyə Zelenski əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.