Dünya

“Ramzan Kadırovun oğlu istintaq təcridxanasında məhbusu döyüb” - Nazirdən ETİRAF

19 Avqust 2023 09:00
Baxış: 1 297
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ramzan Kadırovun 15 yaşlı oğlu Adəm "Quran"ı yandıran Nikita Juraveli istintaq təcridxanasında döyüb".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev etiraf edib.

O bildirib ki, Adəm Kadırov müxtəlif idman yarışlarının qalibidir, xüsusən də "Vremya Legend" boks turnirlərində qələbələr qazanıb.

"Juravel və Ramzan Kadırov arasında görüş həbs olunan şəxsin xahişi ilə baş tutub. Adəm mütəmadi olaraq atasını müşayiət edir və bu görüşdə də olub. A.Kadırov və N.Juravel tək qaldıqları zaman onu döyüb. Biz başa düşürük ki, hüquqi ölkədə yaşayırıq, qanunlar, Konstitusiya var. Amma bu məsələdə dini hisslər, adətlər də var. Bizim İsveçdə, Danimarkada, Almaniyada, Amerikada hər gün "Quran"ı yandıran satanistlərə əlimiz çatmır. Burada isə satanisti Çeçenistan Respublikasına verdilər və Adəm Kadırovun ona əli çatdı", - deyə o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.