Dünya

Polşa müharibədən yorulub - Nəşr

14 Avqust 2023 08:29
Baxış: 602
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müharibənin ilk günlərindən Polşa Ukraynanın ən sadiq dəstəkçilərindən biri olub - hərbi və iqtisadi yardım edib, milyonlarla ukraynalı qaçqına qucaq açıb. Lakin müharibə yorğunluğu başlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Vaşinqton Post" qəzetinin təhlilində bildirilib.

Nəşr Polşa Prezidenti Dudanın xarici siyasət üzrə müşaviri Martsin Pşidaçın "Kiyev Varşavanın Ukrayna üçün oynadığı rolu qiymətləndirməyə başlamalıdır" deməsindən sonra Polşa və Ukrayna rəsmiləri arasında açıq toqquşma olduğunu xatırladıb.

"Onun sözləri Ukraynanın Polşaya taxıl ixracı ilə bağlı Kiyev və Varşava arasında artan mübahisəyə cavab idi və Ukraynanın Baş naziri Şmıqal Polşanın hərəkətlərini "dostluqdan kənar və populist" adlandırdı.

Müharibənin 18 aya yaxınlaşması gərginliyə, yorğunluq və əsəblərin gərilməsinə səbəb olur. Bu da bəzi müşahidəçiləri narahat edir", - məqalədə vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.