Dünya

BMT-dən İrana çağırış - Hicab qanunlarını ləğv edin...

10 Avqust 2023 18:32
Baxış: 682
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığına və baş katibə təqdim edilən hesabatda İranda artan edamlara son qoyulması və hicab qaydasının aradan qaldırılması tələb olunur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hesabatda həmçinin etirazlar zamanı saxlanılan, eləcə də narkotik cinayətlərinə görə məhkum edilənlər də daxil olmaqla, insanların edamının dərhal dayandırılması ilə bağlı İrana çağırış edilib.

İranın Norveçdə yerləşən insan haqları təşkilatının məlumatına görə, təkcə bu il 350-dən çox iranlı edam edilib. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 36% çoxdur.

Qeyd edək ki, İranda Məhsa Əmininin vitse-polis tərəfindən öldürülməsindən sonra ümummilli etirazlar fonunda edamların sayı daha da artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.