Dünya

Rusiyalı aktyor Gürcüstana buraxılmadı

10 Avqust 2023 07:47
Baxış: 720
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı aktyor Vitali Qoqunski Gürcüstana buraxılmayıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Kanal aktyorun Moskvaya geri döndüyü təyyarənin görüntülərini də yayıb.

Videonu göndərən abunəçilər "Univer" serialının ulduzunun Tbilisi hava limanında sərhəd müşayiəti ilə təyyarədə aparıldığını bildiriblər.

Bu məlumatı telekanala rejissor Təbriz Şahidi də təsdiqləyib. Onun sözlərinə görə, bu qərarı ölkə hakimiyyəti siyasi motivlərlə verib.

Bildirilib ki, Qoqunski Gürcüstanda layihə çəkilişlərində iştirak etməli idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.