Dünya

Bina sakinlərlə birlikdə satıldı

9 Avqust 2023 00:14
Baxış: 1 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Lipetsk vilayətinin Dankov şəhərindəki bina sakinləri ilə birlikdə satılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə yerli deputat Anatoli Yemelyanova istinadən xəbər yayılıb.

Binanın üst mərtəbəsində qeydiyyatda olan Daxili İşlər Nazirliyi veteranları bildiriblər ki, binanın yeni ev sahibi onları məhkəmə yolu ilə mənzillərindən çıxarmaq istəsə də, işi uduzub. Lakin bundan sonra binada rabitə, ikinci mərtəbə isə kanalizasiya, su, istilik xətti kəsilib və yaşayış üçün dözülməz şərait yaradılıb.

Deputatın sözlərinə görə, binanın özü çox bərbad vəziyyətdədir və təmirə ehtiyacı var. Amma regional rəhbərlik problemi binanın yeni sahibinin boynuna atır ki, bu da sakinlərin küçədə qalması təhlükəsi yaradır.

Deputat bütün instansiyalara, o cümlədən Daxili İşlər Nazirliyinin rəhbərinə rəsmi müraciət edəcəyinə söz verib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.