Dünya

Sietldə atışma olub, 5 nəfər yaralanıb

29 İyul 2023 15:46
Baxış: 543
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-ın Sietl şəhərində (Vaşinqton ştatı) avtomobil dayanacağında baş verən atışma nəticəsində 5 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Kiro 7" telekanalı məlumat yayıb.

Bildirilib ki, yaralılardan dördü xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.

Telekanalın məlumatına görə, 2 nəfər atəş açıb.

Şübhəlilər haqqında əlavə məlumat verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.