Dünya

Almaniya son 7 ilin ən böyük qaçqın böhranı ilə üzləşib

29 İyul 2023 14:58
Baxış: 801
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya 2016-cı ildən bəri ən böyük qaçqın böhranı ilə üzləşib.

Milli.Az report-a istinadən bildirir ki, BAMF-dan bildirilib ki, bu ilin ilk ayı ərzində federal idarəyə sığınacaq üçün 162 271 nəfər müraciət edib. Onlardan 150 166 nəfəri ilk dəfə sığınacaq üçün müraciət edənlərdir. Bu, keçən ilin eyni rübü ilə müqayisədə 77.5% çoxdur.

Bu ilin ilk altı ayında Almaniyaya illeqal yollarla keçmək istəyən 45 338 nəfər polis tərəfindən saxlanıb. 2022-ci ilin eyni rübündə bu rəqəm 29 174 olub.

Qaçqın axını öz növbəsində kirayə ev bazarına da təsir edib. Şəhər bələdiyyələri hökumətə təklif ediblər ki, idman zalları və asudə vaxt mərkəzləri qaçqın yataqxanasına çevrilsin.

Yeni tədris ilinin başlaması ilə məktəb və uşaq bağçalarında da qaçqınların yerləşdirilməsi prosesində problem yarana bilər. Almaniya Federal Təhsil Nazirliyindən bildirilib ki, hazırda əyalət təhsil nazirlikləri siniflərdəki şagird sıxlığını minimuma endirməyin yollarını axtarır.

Qaçqınların inteqrasiyası ilə məşğul olan kurslar isə, qəbulları dayandırıblar. "Volkshochschule"dən (VHS) "Report"un Avropa bürosuna bildirilib ki, onların federal əyalətlərdəki kurslarında yerlər dolduğundan yeni gələnləri gözləmə siyahısına almaq məcburiyyətində qalıblar. VHS-dən bildirilib ki, təkcə bu ilin ilk rübündə 190 min qaçqın inteqrasiya kursunu tamamlayıb.

Azad Demokrat Partiyasının Bundestaqdakı təmsilçiləri isə təklif ediblər ki, Almaniyaya qaçqın kimi gələn və uzun müddətdir işləmədən ölkədə yaşayanlar məcburi işlərə cəlb olunsunlar. Onlar bu yolla Almaniyanın məruz qaldığı qaçqın böhranından çıxmağın mümkün olduğunu vurğulayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.