Dünya

Hərbi helikopter qəzaya uğradı, 4 nəfər həlak oldu

29 İyul 2023 08:07
Baxış: 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın şimal-şərqində hərbi helikopterin qəzaya uğraması nəticəsində azı 4 nəfər ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, qəzaya uğrayan təyyarənin ekipajı "Talisman Saber" hərbi təlimlərində iştirak edirmiş.

İnsident iyulun 28-də Keynes şəhərindən 620 km cənubda yerləşən Hamilton adasının yaxınlığında baş verib. Qəzaya uğrayan helikopter təlimlər zamanı ABŞ və Avstraliya hərbçilərinin qarşılıqlı fəaliyyətini əlaqələndirmək üçün təlim manevrləri həyata keçirirdi.

Avstraliya Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğradığı yerdə hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.