Dünya

Blinken bunu istinsna etmir: "ABŞ İranla..."

23 İyul 2023 20:49
Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tehran ikitərəfli gərginliyi azaltmaq üçün hərəkətə keçərsə, ABŞ İranla nüvə sazişi üzrə danışıqlara qayıda bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Entoni Blinken CNN-ə müsahibəsində deyib.

"İndi biz nüvə razılaşmalarını müzakirə etmirik. Biz onlara başa saldıq ki, onlar müxtəlif istiqamətlərdə münasibətlərimizdə mövcud olan gərginliyi azaltmalı, artırmamalıdırlar. Görək bunu edəcəklərmi. Ola bilsin ki, o zaman biz nüvə məsələlərində dialoqa qayıda bildiyimiz atmosferə malik olaq, lakin hələlik vəziyyət belə deyil", - o, müvafiq sualı cavablandırarkən deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.