Ukraynada NATO-nun 155 millimetr çaplı mərmi istehsalının yaradılması üzrə işlər aparılır.
Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ali Radanın (parlament) deputatı Yeqor Çernev ümumkrayna telemarafonunun efirində deyib.
Onun sözlərinə görə, proqrama 2022-ci ildə start verilib və o vaxtdan hasilatda artım müşahidə olunur.
Çernev qeyd edib ki, istehsalla təkcə Ukrayna deyil, özəl podratçılar da məşğul olur. Çernevin sözlərinə görə, ölkədə istehsal olunan mərmi digər dövlətlərdə alınandan 3 dəfə ucuzdur.
Milli.Az