Dünya

Qadınları soyundurub yandırdılar - Dəhşət dolu VİDEO

21 İyul 2023 11:00
Baxış: 1 936
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son 3 aydır ki, Hindistanın Manipur əyalətində xristianlara qarşı amansız qətliamlar törədilir. Artıq 250-dən çox kilsə yandırılıb.

Milli.Az bildirir ki, "Meitei Hindutva" ("Döyüşkən hinduslar") adlı ekstremist qruplaşmanın yaraqlıları xristianları əzabla, dəhşətli işgəncələrdən sonra öldürürlər.

İnternetdə bu ekstremistlərin Kuki-Zo xristian tayfasından olan qadınları lüt soyunduraraq şəhər kənarındakı çöllüyə apardıqları anların əks olunduğu video yayılıb.

Ekstremistlər özlərinin çəkərək yerli xristianları qorxutmaq və "Meitei Hindutva"nın istədiyini edə biləcəyini göstərmək üçün yaydıqları video 4 may tarixlidir.

Həmin zavallı qadınlar təcavüzdən sonra yandırılıblar.

3 aydır davam edən vəhşiliklər zamanı bütün münaqişə boyu internetin bu vəziyyətdə kəsilməsi səbəbindən şəbəkədə bu münaqişə ilə bağlı material çox azdır.

Manipura ştatında son 3 aydır davam edən vəhşiliklər başlayan gündən internetlə bağlı prolemlər olduğundan "Meytey Hindutva"nın vəhşiliklərinin əks olunduğu videolar şəbəkədə çox azdır.

Qruplaşmanın hücumları və cinayətləri nəticəsində 50 min nəfərdən artıq xristian ştatdan qaçıb. 3 mindən artıq xristianın xüsusi amansızlıqla qətlə yetirildiyi vurğulanır.

Hindistan hakimiyyəti videonun bütün sosial şəbəkələrdən silinməsini və yayımlanmasının qarşısının alınmasını tələb edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.