Dünya

Rusiyanın Ukraynada itkilərinin sayı 240 mini ötüb

20 İyul 2023 11:42
Baxış: 530
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun itkilərinin sayı 240 mini keçib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Son sutkada Rusiyanın 530 əsgəri, 19 artilleriya sistemi və 33 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

Müharibə başlayandan indiyədək Rusiyanın digər döyüş itkiləri 4129 tank, 8065 zirehli döyüş maşını, 4592 artilleriya sistemi, 433 hava hücumundan müdafiə sistemləri, 3918 pilotsuz uçuş aparatları, 315 təyyarə və 310 helikopterdən ibarətdir.

Məlumata görə, işğalçı ordu iyulun 20-nə keçən gecə Sumı və Çerniqov vilayətlərinə zərbələr endirib. Rusiya hücumda İran istehsalı olan dronlardan istifadə edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.