Dünya

Tanışını ölənə qədər zorladığını, daxili orqanlarına zərər vurduğunu ETİRAF ETDİ

19 İyul 2023 21:27
Baxış: 2 042
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Buryatiyanın Kabansk kəndindəki evlərin birində 53 yaşlı qadının heç bir gözəgörünməz xəsarəti olmayan meyitini tapıblar. 

Milli.Az lent.az-a istinadən bildirir ki, Rusiya İstintaq Komitəsinin bölgə üzrə istintaq orqanlarının məlumatına görə, ekspertiza qadının vəhşicəsinə zorlandığını göstərib.

Faktla bağlı cinayət işi başlanıb. Qonşuların dediyinə görə, ölüm ərəfəsində tanımadığı kişi qadını ziyarətə gəlib.

Müstəntiqlər onun şəxsiyyətini müəyyən ediblər. Onun qonşu kəndlərdən birinin əvvəllər məhkum olunmuş 48 yaşlı sakini olduğu məlum olub. O, dərhal etiraf yazıb və ətraflı ifadə verib. Kişi qadını zorladığını, daxili orqanlarına zərər vurduğunu, sonra isə cinayət yerindən qaçdığını etiraf edib.

Qadın həkimə müraciət etməyib və səhəri gün ölüb.

Məhkəmə-tibbi ekspertizası zamanı müəyyən edilib ki, ölüm daxili cinsiyyət orqanlarının travmatik zədələnməsi nəticəsində baş verib.

Təqsirləndirilən şəxs nəzarətə götürülüb. İstintaq davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.