Dünya

Rusların ikinci müdafiə xəttinə çatanda... - Ekspert

14 İyul 2023 15:48
Baxış: 1 159
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrimiqyaslı əks-hücum Ukrayna hərbçiləri düşmənin ikinci müdafiə xəttinə daxil olduqdan sonra başlaya bilər.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko deyib.

O vurğulayıb ki, hər şey təkcə silah təchizatından asılı deyil, çünki tanklar və raketlər bütün problemləri həll etməyəcək:

"Müvafiq mühəndislik vasitələri yoxdursa, tank minalanmış sahədən keçməyə necə kömək edə bilər? Yaxud raket arxada yanacaq və sürtkü materialları olan anbarı məhv edərsə, eyni minalanmış sahədən keçməmizə necə kömək edə bilər?"

Ekspert bildirib ki, Ukrayna hərbçiləri ruslar tərəfindən maksimum minalanmış təhlükəsizlik zonasından keçdikdən sonra düşmənin əsas olan ikinci müdafiə xəttinə daxil olacaqlar:

"Artıq başqa problem olacaq. Minalar və səngərlərdən əlavə çoxlu sayda artilleriya, zirehli döyüş maşını, tanklar və digər texnikalar olacaq. Məntiqlidir ki, biz ikinci müdafiə xəttində əsas zərbə qruplarından istifadə etməyə başlayacağıq. Məhz orada daha irimiqyaslı hadisələr baş verə bilər".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.