Dünya

İlon Mask süni intellekt şirkəti yaratdı

13 İyul 2023 14:30
Baxış: 1 056
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlon Mask süni intellekt məsələləri ilə məşğul olacaq şirkətin yaradılmasını elan edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Reallığı anlamaq üçün xAI-nin yaradılmasını elan edirik", - o, çərşənbə günü "Twitter"d' yazıb.

Eyni zamanda x.ai internet saytı da fəaliyyətə başlayıb.

Şirkətə "Google", "Microsoft" və texnologiya sektorundan olan digər şirkətlərin keçmiş işçilərinin cəlb ediləcəyi bildirilib.
Mask həmçinin iyulun 14-də "Twitter Spaces" yayımı zamanı yeni şirkətlə bağlı sualları cavablandıracağını açıqlayıb.

Qeyd edək ki, milyarder yeni şirkətini mart ayında Nevada ştatında qeydiyyatdan keçirib, lakin həmin vaxtdan bəri onun startapı haqqında yeni məlumat yox idi. Mask dəfələrlə süni intellekti həm perspektivli, həm də təhlükəli texnologiya adlandırıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.