Dünya

Palmiradakı Zəfər Tağının bərpasına bu tarixdə başlanacaq

11 İyul 2023 14:53
Baxış: 1 227
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı bərpaçılar sentyabrın ortalarından Palmirada (Suriya) Zəfər tağının bərpasına başlamağı planlaşdırırlar. Artıq iş üçün materialların alınmasına başlanılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Sankt-Peterburqda keçirilən mətbuat konfransında tağın bərpası layihəsinin rəhbəri, Rusiya Elmlər Akademiyasının Material Mədəniyyəti Tarixi İnstitutunun Xilasetmə Arxeologiyası Mərkəzinin direktoru Nataliya Solovyova məlumat verib.

"Bu günə qədər biz bu layihəni Rusiyada Dövlət Ermitaj Muzeyi, Maddi Mədəniyyət Tarixi İnstitutu və Moskva Memarlıq İnstitutunun elmi şuralarının birgə iclasında, mayın 25-də və 26-da isə bu layihəni Dəməşqdə müdafiə etmişik. Bu görüşdə Mixail Piotrovskinin (Dövlət Ermitaj Muzeyinin baş direktoru) təşəbbüsü ilə 2020-ci ildə yaradılmış Palmira üzrə komitənin üzvü olan beynəlxalq ekspertlər iştirak ediblər. Bu komitə YUNESKO ilə bağlıdır və dünya səviyyəli mütəxəssislərdən ibarətdir. Layihə təsdiq olundu və bu gün biz praktiki olaraq logistika mərhələsinin həyata keçirilməsi, yəni avadanlıqların alınması və Palmiraya göndərilməsi üzərində işə başlayırıq. Çox güman ki, təxminən sentyabrın ortalarından Palmirada işə başlayacağıq", - deyə Solovyeva bildirib.

O xatırladıb ki, tağın bərpası üçün rusiyalı memarlar, bərpaçılar və arxeoloqlar tərəfindən hazırlanmış layihə il ərzində, o cümlədən bilavasitə Palmirada alimlərin apardıqları diqqətli tədqiqatların nəticəsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.