Dünya

Fransalı idmançı 51 saat ərzində 100 km məsafəni dayanmadan üzüb

9 İyul 2023 15:04
Baxış: 1 374
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Dəniz pişiyi Stiv" ləqəbli fransız idmançı Stiv Stivenart Kaliforniya sahilləri ilə Katalina adası arasında tarixi üzməni həyata keçirib. Üzgüçü Katalinadan materikə, oradan adaya və yenidən materikə qayıdıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, fasiləsiz üzgüçülük 51 saat davam edib. O, irəli-geri üç keçid etməli olub.

Ada ABŞ-nin Los-Anceles şəhərinin Lonq-Biç sahillərindən 32 km aralıda yerləşir. Beləliklə, Stivenartın açıq suda dayanmadan qət etdiyi ümumi məsafə təxminən 100 km olub.

Qeyd edək ki, Stevenart 2022-ci ilin yanvarında Katalina və Cənubi Kaliforniyanın materik hissəsi arasında "birtərəfli" keçid etmişdi. Həmin ilin iyun ayında o, irəli-geri üzərək məsafəni artırmış və buna da 28 saatdan çox vaxt sərf etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory