Dünya

Erməni hakim Türkiyə himninə hörmətsizlik etdi, cəzalandırıldı - VİDEO

6 İyul 2023 11:15
Baxış: 2 458
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Moldovada keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionatında ermənistanlı hakim Türkiyə himninə hörmətsizlik edib. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, qadın referi Nazik Avdalyan qardaş ölkə idmançısının şərəfinə səslənən himn zamanı yerə çöküb.

Bu onun ilk belə hərəkəti olmayıb. Daha öncə də Türkiyə himninə hörmətsizlik edən Avdalyan bu dəfə cəzalandırılıb.

Belə ki, türkiyəlilərin şikayətindən sonra onu əsas hakimlikdən çıxarıb ehtiyat hakimliyə keçiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.