Dünya

Rusiyada dəhşət yaşanır: Müdafiə nazirliyi “Vaqner”çilərə müraciət etdi: silahı yerə qoyun, əks halda...

24 İyun 2023 10:24
Baxış: 5 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Müdafiə Nazirliyi "Vaqner" döyüşçülərinə müraciət edib.

Milli.Az bildirir ki, MN müraciətində vaqnerçiləri silahı yerə qoymağa və dislokasiya yerinə qayıtmağa çağırıb.

"Siz Priqojinin cinayətkar avantürasına aldanıb silahlı üsyanda iştirak edirsiniz. Bir çox yoldaşlarınız səhvlərini artıq anlayıb, daimi dislokasiya yerlərinə təhlükəsiz qayıtmaq imkanını təmin etmək üçün müraciət ediblər. Artıq müraciət edən bütün döyüşçülərə, komandirlərə tərəfimizdən belə yardım göstərilib.

Sizdən ehtiyatlı olmağınızı və mümkün qədər tez Rusiya Müdafiə Nazirliyinin və ya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə saxlamağınızı xahiş edirik. Hər kəsin təhlükəsizliyinə zəmanət veririk. Əks halda Yevgeni Priqojinin kriminal avantürasının qurbanı olacaqsınız", - deyə müraciətdə bildirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.