Dünya

Həlak olduğu səyahətə atasını sevindirmək üçün getmişdi... - FOTO

23 İyun 2023 16:56
Baxış: 1 562
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, turistləri "Titanik"in qəzaya uğradığı yerə apararkən itən "Titan" adlı sualtı qayığın ekipajının bütün üzvlərinin həlak olduğu məlum olub. Sualtı qayıqda partlayışın baş verdiyi bildirilir. Qayığın axtarışlarına isə iyunun 19-u başlanılmışdı.

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, hadisə nəticəsində qayıqda həlak olanlar arasında Pakistanın ən varlı şəxslərindən biri olan 48 yaşlı Şahzadə Davudla 19 yaşlı oğlu Süleyman da var. 

Süleymanın bibisi Azmeh Davud "NBC News"a açıqlamasında gəncin bu səfərə qatılması ilə bağlı detalları açıqlayıb. Belə məlum olub ki, Şahzadə Davud "Titanik" həvəskarı olsa da, oğlu bu səyahət üçün özünü hazır hiss etməyib. O bildirib ki, Süleyman Atlantik okeanının dibinə səyahət etməkdən qorxduğunu dilə gətirib: "Bu səyahətə hazır olmadığını dedi. Lakin səyahət Atalar Gününə təsadüf etdiyindən Süleyman atasını sevindirmək istəyirdi və buna görə razılaşdı". 

Qeyd edək ki, Süleyman Qlazqoda Strathclyde universitetinin tələbəsi olub. O və atası İngiltərə vətəndaşıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.