Dünya

Zukerberq Maskı əsəbləşdirmək istəyir

10 İyun 2023 10:48
Baxış: 499
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Meta" korporasiyası "Twitter" sosial şəbəkəsinin analoqu olacaq əlavəsini hazırlayır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kod adı "Project 92" olan layihə "Instagram" platforması vasitəsilə işə salınacaq. Hədəf isə "Twitter"lə rəqabətdir.

Məlumatlı mənbələr bildiriblər ki, şirkət ictimai xadimlərin tələbi ilə "ağıllı şəkildə idarə olunan platforma" yaratmağa ümid edir.

Həmçinin korporasiya teleaparıcı Opra Uinfri və Tibetin dini lideri Dalay Lama ilə proqramdan istifadəyə razılıq vermələri üçün danışıqlar aparır.

"Meta" tətbiqi mümkün qədər tez işə salmağı planlaşdırır.

Qeyd edək ki, "Meta" korporasiyasının rəhbəri Mark Zukerberqlə "Twitter"ın rəhbəri İlon Mask mütəmadi olaraq bir-biriləri ilə mübahisələriylə (süni intellektin insanlığa faydası, beyinə çiplərin implantasiyası və s.) gündəmdə olurlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.