Rusiya müharibədə qalib gələnə qədər danışıqlara getməyəcək.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozef Borel Barselonada ekspert forumunda çıxış edərkən deyib.
Aİ-nin xarici xidmətinin rəhbəri Ukraynadakı vəziyyətin nikbin olmadığını deyib.
"Rusiyanın müharibədə qalib gəlmək niyyətini açıq şəkildə görürəm. Rusiya qalib gəlməsə, danışıqlar aparmayacaq", - o deyib.
Diplomat Aİ-nin Kiyevə hərbi dəstəyi artırmağa davam etməli olduğunu deyib.
Milli.Az